waplog

“Azercell” yeni kampaniyaya başladı


İndi "Fakturalı Xətt" abunəçiləri "Huawei" markalı smartfon telefonlarını sərfəli şərtlərlə əldə edəcəklər "Azercell Telekom" MMC "Fakturalı Xətt" abunəçiləri üçün yeni kampaniyaya başlayır. İndi "Azercell" "Fakturalı Xətt" abunəçiləri ilkin ödəniş cəmi 39 AZN ödəməklə "Huawei" markalı smartfon telefonlarını əldə edə bilərlər.

Sonrakı 12 aylıq faktura dövrü ərzində "Azercell" abunəçiləri ayda 15 AZN ödəmə aparacaqlar. Kampaniyanın şərtlərinə əsasən "Huawei" markalı telefonları əldə edən abunəçilərə 12 tam ardıcıl faktura dövründə aylıq 15 AZN qarşılığında 150 şəbəkədaxili dəqiqə, 150 şəbəkədaxili SMS və 150 MB GPRS traffik hədiyyə ediləcək. Sözügedən kampaniyada abunəçi dəqiqə və SMS limitlərini aşdığı halda xidmət haqqı abunəçinin aid olduğu tarif paketinə uyğun tutulacaq.

Verilmiş paket daxilindəki İnternet limitini aşdığı təqdirdə isə xidmət haqqı 1 MB = 0.04 qəpik olacaq. "Azercell" tərəfindən hədiyyə edilən aylıq bonusun istifadə müddəti isə 1 faktura dövrüdür. Onu da qeyd edək ki, kampaniyaya yalnız "Biznes200", "Bizimkilər" və "HərYerə" tarif paketlərində olan abunəçilər qoşula bilərlər.

Aylıq "Data Paket"lərinə qoşulmuş abunəçilər bu kampaniyaya qoşula bilməyəcəklər. Bu kampaniyaya qoşulmaq üçün abunəçilər bu "Data Paket"lərdən imtina eləməli olacaqlar. Məlumat üçün bildirək ki, abunəçi kampaniyaya qoşulmaq üçün "Azercell Ekspress" ofislərindən birinə şəxsiyyət vəsiqəsi ilə müraciət etməlidir. "Azercell" ilin sonuna qədər abunəçilərini yeni və sərfəli kampaniyalar ilə sevindirmək niyyətindədir.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL