waplog

2012-ci ilin əsas İT trendləri hansılardır?


Yeni texnologiyalar müasir biznesin əsasını təşkil edir. “IBM” korporasiyası bu gün “Tech Trends 2012” illik tədqiqatının nəticələrini açıqlayıb: digərlərindən fərqləndirilmiş 4 texnologiyanın tətbiqi şirkətlərə rəqiblərini ötməkdə şans yaradacaq.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, söhbət mobil texnologiya, biznes-təhlil, "bulud hesablamaları” və sosial şəbəkələrdən gedir. İT peşəkarların və biznes menecerlərin 66 faizi yuxarıda sadalananları strateji cəhətdən əhəmiyyətli hesab edir.

Hesabata əsasən, şirkətlərin 50 faizi iş prosesində biznes-təhlil və mobil texnologiyaları artıq tətbiq ediblər. Respondentlərin təxminən 70 faizi növbəti 2 il ərzində mobil texnologiyalara yatıracaqları sərmayənin həcmini artırmağı planlaşdırır, 50 faizdən çoxu isə biznes təhlilə sərf olunacaq xərcləri artıracaq.

"Bulud hesablamaları”ndan və sosial şəbəkə texnologiyalarından istifadə hələlik o qədər populyar deyil. Bununla belə, respondentlərin təxminən 66 faizi bildirib ki, onlar "bulud" həllərinə yatırdıqları sərmayənin həcmini tədricən artırırlar. Tədqiqat nəticəsinə əsasən, şirkətlərin texnoloji yenilikləri tətbiq etməsinin qarşısını alan bir sıra amillər mövcuddur. Əsas amil ixtisaslaşdırılmış kadr çatışmazlığıdır.

Sorğuda iştirak edən 10 təşkilatdan yalnız biri 4 texnologiyanın tətbiqi üçün lazımi imkanlara malikdir. Digər mühüm amillərdən biri də məlumatların təhlükəsizliyi və informasiyanın mühafizəsi ilə bağlı narahatçılıqdır. Qeyd edək ki, “IBM” korporasiyası “Tech Trends” illik hesabatını öz təşkilatlarında texnoloji həllər qəbul edən 1200-dən çox mütəxəssisin sorğu nəticəsinə əsasən tərtib edir.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL