RİTN-in dəstəyi ilə Dövlət İdarəçilik Akademiyasında “Elektron Hökumət Təlim Mərkəzi” yaradılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə yaradılan "Elektron Hökumət Təlim Mərkəzi"nin açılışı olub.
"ICTnews" elektron xəbər xidmətinin DİA-ya istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycanın Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, professor-müəllim heyəti, müdavimlər, tələbə və magistrlər iştirak ediblər.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə elektron xidmətlərin göstərilməsi üzrə işlərin dövlətin daim diqqət mərkəzində olduğunu, "Elektron Azərbaycan" Dövlət Proqramının və "Elektron Hökumət" Fəaliyyət Proqramının əhəmiyyətini qeyd edib. İstifadəyə verilən təlim mərkəzinin həm dövlət qulluqçuları, həm də gənc idarəçi kadrlar üçün yeni praktik biliklər əldə edilməsinə və elektron idarəetmə vasitəsindən istifadə edərək inkişafın davamlı xarakterli olmasına töhfə verəcəyini bildirib.
Daha sonra Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov qeyd edib ki, İKT biliklərinin tətbiqi davamlı insan inkişafı istiqamətində ən vacib vasitələrdən biridir və bu qloballaşan dünyada mühüm əhəmiyyət kəsb edir.
O bildirib ki, Azərbaycanda informasiya cəmiyyətinə keçidin təmin edilməsi, İKT-nin tətbiqi yolu ilə informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın inkişaf etdirilməsi, dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması və qərarların qəbulu prosesində vətəndaşların və sosial institutların iştirakının təmin edilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir.
Qeyd edək ki, "Elektron Hökumət Təlim Mərkəzi" dövlət qulluqçularının, müdavim və tələbələrin təhsil imkanlarını genişləndirməklə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində yeni bilik və bacarıqların əldə edilməsinə imkanlar yaradacaq.
Təlim mərkəzinin əsas məqsədi hazırda dövlət qulluğu sistemində fəaliyyət göstərən və bu istiqamətdə hazırlanan kadrları elektron idarəetmə prinsipləri ilə tanış etmək, onların elmi tədqiqatlara cəlb edilməsi, müxtəlif treninqlərin təşkili, diskussiya xarakterli görüşlərin keçirilməsini qarşıya vəzifə kimi qoyur.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL