Nizami Gəncəvi “Xəmsə”sinin elektron nüsxələrinin toplanması məsələsi ABŞ-da müzakirə olunur
Amerika Birləşmiş Ştatlarında dünyada ilk dəfə Ümumdünya Kitab Sammiti keçirilir. ABŞ-ın Konqres Kitabxanasında bu gün öz işinə başlayan sammit 2 gün davam edəcək.
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, sammitdə Konqres Kitabxanasının direktoru James Billington, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Oksford Universitet Kitabxanası, Britaniya Mərkəzi Kitabxanası, Rusiya, Fransa, İspaniya, Peru, Sinqapur və ümumilikdə 100-dən çox kitabxana direktoru iştirak edib.
Sammitdə bir sıra beynəlxalq əməkdaşlıq müqavilələri imzalanacaq, o cümlədən, dünya kitabxanalarında saxlanılan Nizami Gəncəvi "Xəmsə"sinin elektron nüsxələrinin toplanması müzakirəsi aparılacaq. Məlumat üçün bildirək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dekabrın 3-dən başlayaraq Qarabağ Fondu ilə birgə Amerikada "Nizami Gəncəvi - 870" orijinal əlyazma və illüstrasiyalar sərgisini reallaşdırır.
Seymur
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL