waplog

Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi yaradılır


Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) tərəfindən təşkil olunan Koreya İşçi Qrupu "Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması" layihəsinin  təfərrüatlarının işlənib hazırlanması üçün Naxçıvan Dövlət Universitetində olub. "ICTnews" elektron xəbər xidmətinin NDU-ya istinadən verdiyi məlumata görə, bir neçə günlük səfər çərçivəsində layihənin uğurlu icrası istiqamətində bir sıra məsələlər müzakirə olunub.

"KOİCA"-nın Azərbaycan ofisinin rezident nümayəndəsi, xanım Kim Eun-suk qeyd edib ki, təmsil etdiyi qurum Azərbaycanda ali təhsil müəssisələrində elektron təhsil şəbəkəsinin yaradılmasına və potensialın gücləndirilməsinə dəstək verir. Sözügedən layihə uğurlu reallaşdırılacağı təqdirdə Naxçıvan Dövlət Universiteti Azərbaycanda informasiyalaşdırılmış universitet modelinin ilk təmsilçisi olacaq.

Qeyd edək ki, layihənin məqsədi ali məktəbin idarəetmə sisteminin müasir texnologiyalar vasitəsilə təkmilləşdirilməsi, tələbələrə onlayn təhsil xidməti göstərilməsi üçün portal, distant təhsil, akademik işlər, elektron kitabxana və s. ibarət elektron təhsil şəbəkəsinin yaradılması, yüksəkkeyfiyyətli təhsil üçün universitetin müasir informasiya-kommunikasiya texnologiyaları (İKT) ilə təmin olunması, rəqəmsal multimedia infrastrukturunun təkmilləşdirilməsi, Koreyanın texnoloji təcrübəsinin bölüşülməsi ilə Azərbaycanda insan resurslarının inkişafına töhfə verməkdir. 2013-2015-ci illəri əhatə edəcək layihənin həyata keçirilməsinə "KOİCA" tərəfindən  3 500 000 ABŞ dolları  həcmində vəsait ayrılıb.

CAHANGİR



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL