waplog

Mobil bazar sektoru yaxın gələcəkdə fərdi kompüterləri kölgədə qoyacaq


İstifadəçilər 2 il bundan əvvəllə müqayisədə mobil tətbiqlərə təxminən 2 dəfə daha çox vaxt ayırırlar. “Flurry” analitik şirkətinin məlumatına əsasən, amerikalılar hazırda mobil tətbiqlərə gün ərzində orta hesabla 127 dəqiqə vaxt sərf edirlər.

Müqayisə üçün qeyd edək ki, 2011-ci ilin dekabrında mobil tətbiqlərə sərf edilən vaxt təxminən 94 dəqiqə, 2010-cu ilin müvafiq ayında isə 66 dəqiqə təşkil edib. “ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, eyni sözləri fərdi kompüter barəsində demək olmaz.

Ötən il ABŞ sakinləri "stasionar" internetdə gün ərzində 72 dəqiqə vaxt keçiriblər və cari ildə bu göstərici 70 dəqiqəyə bərabərdir. Televiziya kanalları da mobil telefonlarla rəqabətdən “əziyyət çəkir”. “Flurry” şirkətinin məlumatına görə, orta statistik amerikalı gün ərzində televizora 168 dəqiqə baxır. "Biz planşet və smartfonlara quraşdırılmış mobil tətbiqlərin ənənəvi televiziya kanalları ilə güclü rəqabətə girəcəyindən tam əminik" – “Flurry” şirkətinin direktoru Saymon Xələf bildirib.

O, investorların mobil tətbiqlərin inkişafına həvəssiz pul yatırmasından heç də razı olmadığını bildirib. Saymonun fikrincə, onlar "qızıl şansı əldən verirlər". “Twitter” və “Foursquare” investoru Fred Uilson bildirib ki, mobil bazar sektoru artıq yaxın gələcəkdə fərdi kompüteri üstələyəcək.

"Mobil bazar sürətli templə inkişaf edir, lakin mobil startaplar auditoriya toplamaqda çətinlik çəkirlər. Bu isə bir çoxlarını narahat edir" - Uilson bildirib.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL