waplog

Sığorta-pensiya sahəsində göstərilən elektron xidmətlərin sayı 20-yə çatdırılıb


 Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqunla görüşüb. Görüş çərçivəsində Türkiyənin ölkəmizdəki səfiri fondun mərkəzləşdirilmiş idarəetmə, fərdi uçotun avtomatlaşdırılması sistemləri ilə yaxından tanış olub.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Fonddan qeyd edilib ki, müasir standartlara uyğun qurulmuş sığorta-pensiya sisteminin idarə olunmasını avtomatlaşdırmaq üçün fondun 3 departamenti və 82 rayon (şəhər) şöbəsindən 77 şöbə yeni müasir ofis binaları ilə təmin olunub, 85 yerli şöbənin lokal şəbəkələri mərkəzi informasiya bazasına birləşdirilərək, DSMF-nin korporativ şəbəkəsi formalaşdırılıb.

Son dövrlər sistemdə əhaliyə göstərilən elektron xidmətlərin əhatə dairəsi genişləndirilərək, bu xidmətlərin sayı 20-yə çatdırılıb. Fondda qeydiyyatda olan bütün pensiyaçı və sığortaolunanların özlərinə aid istənilən məlumatı internet sistemi vasitəsilə dərhal əldə edə bilməsi üçün ölkə əhalisinin ücdə birini əhatə edən ümumi məlumat bazası "Elektron hökumət" portalına yerləşdirilib.

Diplomatın diqqətinə çatdırılıb ki, hazırda 2 milyon 150 mindən artıq sığortaolunana (bunlardan 13 min 272 nəfəri xarici ölkələrin vətəndaşlarıdır) sosial sığorta nömrəsi verilib, onlar üçün fərdi hesab açılıb. Fondun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilər arasında qardaş ölkənin vətəndaşları digər ölkələrlə müqayisədə çoxdur. Ümumilikdə fondun fərdi uçot sistemində 95 ölkənin vətəndaşı qeydiyyatdadır və onların 58,2 faizi Türkiyə vətəndaşlarıdır.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL