Azərbaycanın işğal altında olan ərazilərində pul köçürmələrini həyata keçirən “Bıstraya poçta” fəaliyyətini dayandırdı
Mərkəzi Bank (MB) tərəfindən ölkə ərazisində fəaliyyət göstərən beynəlxalq pulköçürmə sistemlərinin monitorinqi zamanı Azərbaycanın işğal altında olan ərazilərində "Bıstraya poçta" sistemi vasitəsilə pul köçürmələrinin həyata keçirildiyi müəyyən edilib.
Bununla əlaqədar olaraq, Mərkəzi Bank 2012-ci il 10 dekabr tarixindən Azərbaycanda fəaliyyət göstərən bütün banklara bu sistemlə işgüzar münasibətlərin dayandırılmasını tapşırıb.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə Mərkəzi Bankdan məlumat verilib. Bankdan bildirilib ki, MB tərəfindən əvvəllər də müəyyən olunmuş belə halların aradan qaldırılması istiqamətində pulköçürmə sistemlərinə və onların nəzarət orqanlarına xəbərdarlıq edilərək, işğal altında olan ərazilərdə pul köçürmələrinin həyata keçirilməsinin dayandırılması tələb edilib, əks təqdirdə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklara həmin pulköçürmə sistemləri ilə əməkdaşlığın qadağan ediləcəyi bildirilib.
Mərkəzi Bank öz səlahiyyətləri çərçivəsində sağlam maliyyə vasitəçiliyinin təmin olunması üzrə ardıcıl tədbirləri bundan sonra da davam etdirəcək.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL