waplog

Yerli mobil operator 5 gənc sahibkarlıq layihəsinə qrant ayırdı


Bu ilin may ayından etibarən başlanmış və “Azercell”in “Barama” İnnovasiya Mərkəzi ilə ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondunun birgə dəstəyi ilə baş tutan müsabiqənin finalı keçirilib. Müsabiqə Elm və Texnologiya Sahibkarlığı Proqramı (ETSP) adlanaraq Azərbaycanda sahibkarlığa və “start-up” layihələrinə dəstəyi təşviq etmək məqsədini daşıyıb.

Ötən 6 ay ərzində layihə iştirakçıları informasiya texnologiyaları, mobil texnologiyalar və yaşıl (ekoloji) texnologiyalar sahəsində özlərinin biznes planlarını inkişaf etdirərək qrant qazanmaq üçün müraciətlər hazırlayıblar. Tədbirdə ABŞ-dan olan və yerli ekspertlər informasiya texnologiyaları sahəsinə aid müxtəlif hesabatlarla çıxış edərək, öz təcrübələrini bölüşüblər.

Müsabiqəyə ümumən 70-dən artıq müraciət daxil olmuş, sonuncu mərhələyə isə 12 layihə vəsiqə qazanıb. Dekabrın 7-də keçirilən mərasimdə “Azercell” şirkətinin prezidenti Kiril Qaburiç iştirak edərək “Azercell”in bundan sonra da bu xarakterli layihələrə dəstək verəcəyini bildirib.

Qeyd olunub ki, gənclərə öz ideyalarını reallaşdırmaq üçün daim imkanlar yaradılmasında “Azercell”in “Barama” İnnovasiya Mərkəzinin rolu böyükdür. Tədbirdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri cənab Əlyar Təmirov çıxış etmiş və qalibləri təbrik edib.

Müqayisəvi dəyərləndirmə əsasında 1-ci yeri “İntellektual Bağban” layihəsinin müəllifi Kamran Səmədli, 2-ci yeri “e-Bilik.az” layihəsinin rəhbəri Rəna Əhmədova, 3-cü yeri “İnternet satış portalı” layihəsinin rəhbəri Arif Cavadov, 4-cü yeri isə “Şəhər Bələdçisi” layihəsinin müəllifi Rüfət Babakişiyev qazandılar.

Bundan əlavə, daha bir layihənin müəllifi Teymur Kuseba ABŞ-ın məşhur universitetlərində təcrübə keçmək üçün qranta layiq görülüb.

Qeyd edək ki, ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu qrantlar, texniki resurslar və təlimlər vasitəsilə beynəlxalq elmi və texniki əməkdaşlığa yardım etmək məqsədilə 16 il boyunca 30-dan çox Avrasiya, Orta Şərq, Şimali Afrika ölkələrində texnoloji layihələrin keçirilməsində təcrübəyə malikdir.

“Azercell”in “Barama” İnnovasiya Mərkəzinin əsas məqsədi İKT ilə bağlı yeni ideyaları araşdırmaq, inkişaf etdirmək və onların həyata keçirilməsini təmin etməkdir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL