waplog

“Microsoft” şirkətini daha bir top-menecer tərk edib


Bu gün daha bir top-menecerin “Microsoft” şirkətini tərk etdiyi məlum olub. Bob Maqlia “Juniper Networks” şirkətinə server məhsulları bölməsinin rəhbəri kimi gedib. “Juniper” şirkətində artıq bildiriblər ki, Maqlia proqram təminatı hazırlanmaları üzrə icraçı vitse-prezident vəzifəsini tutur. Maqlia “Microsoft” şirkətində də oxşar vəzifələri yerinə yetirirdi. “Juniper” şirkətində o, yalnız şirkətin baş direktoruna tabe olaraq faktiki şəkildə iki nömrəli menecer olur. “Juniper” bəyanatında bildirilib ki, şirkət dünya İT sahəsində belə nüfuzlu şəxsi menecer ştatına qəbul etməyi özü üçün böyük şərəf hesab edir ".
Bob Maqlia “Microsoft” şirkətində 1988-ci ildə işə başlayıb. Server proqram təminatı hazırlamasına rəhbərlik edənə qədər Maqlia “Microsoft Office”-in hazırlaması ilə məşğul olub. O, həmçinin “Microsoft Windows Azure” layihəsinin əsas kuratorlarından biri idi.


cybersecurity.ru

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL