waplog

“Bakcell” Astara və Ağdamda diler mağazaları istifadəyə verdi


Azərbaycanın ilk mobil operatoru və aparıcı internet provayderi “Bakcell” şirkəti “Daha yaxın olaq” fəlsəfəsinə sadiq qalaraq özünün diler mağazaları şəbəkəsini bir qədər də genişləndirir. Ölkənin regionlarında diler şəbəkəsinin möhkəmləndirilməsi və genişləndirilməsi məqsədi ilə “Bakcell” Astara və Ağdam şəhərlərində yeni mağazalarını müştərilərin istifadəsinə verdi.

Şəhər mərkəzlərində yerləşən mağazalar “Cin”, “Klass” və “Gold” abunəçiləri üçün tam çeşiddə xidmətlər təqdim edəcək. Xarici və daxili görünüşlərinin tərtibatındakı yenilik, eyni zamanda göstərilən xidmətlərin çeşidi ilə müştəriləri sevindirəcək. Mağazalarda telekommunikasiya sahəsinin yenilikləri, yeni növ planşetlər, telefonlar və hər bir müştərinin tələbatlarını qarşılayacaq məhsullarla təchiz olunub. Azərbaycanın bütün regionlarını əhatə edən və daim genişləndirilən diler mağazaları əhaliyə yaşadıqları ərazidən asılı olmayaraq ən yüksəksəviyyəli xidmət göstərmək məqsədi ilə daim çalışır.

Sərhədyanı bölgələri daim diqqət mərkəzində saxlayan “Bakcell” şirkəti bu zonanın əhalisinin tələbatlarının öyrənilməsi və gözləntilərin yüksək səviyyədə qarşılanmasını hər zaman əsas tutur.

Bu baxımdan, Ağdam şəhərində yenicə istifadəyə verilən və bütün texnoloji yenilikləri özündə cəm edən mağazanın açılması “Bakcell”in müştəri loyallığına çox gözəl nümunədir.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL