waplog

“RIM BlackBerry 9620” smartfonu təqdim edilib


“Nextel Mexico” və “Research In Motion” (RIM) şirkətləri monoblok korpusda hazırlanmış “BlackBerry 9620” smartfonunu təqdim ediblər. “ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, aparat 1,2 QHs takt tezliyində işləyən “Qualcomm” prosessoru, 768 MB əməli yaddaş və 2 QB tutumunda fləş-modulla təchiz edilib.

“HVGA+” (480×360 nöqtələr) formatlı 2,44 düymlü ekranın alt hissəsində “QWERTY” düzülüşlü klaviatura yerləşdirilib. Smartfon “Bluetooth 2.1” və “Wi-Fi” (802.11b/g/n) simsiz rabitə adapterləri, 5 meqapiksel matrisli kamera, həmçinin “GPS” peyk naviqasiyası sistemi qəbuledicisi ilə təchiz edilib.

32 QB tutuma qədər “microSD” yaddaş kartları dəstəklənir. “BlackBerry 9620” modeli “BlackBerry OS 7.1” əməliyyat sistemi ilə işləyir. Akkumulyator batareyasının tutumu 1450 milliamper/saat təşkil edir. “GSM” və “UMTS” mobil şəbəkələrində işləyə bilir. Aparatın ölçüləri 110,2×60,8×13,6 millimetr (mm) təşkil edir.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL