BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi DSMF-nin avtomatlaşdırılmış idarəetmə sistemi ilə tanış olub
BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Antonius Broek Dövlət Sosial Müdafiə Fondunun (DSMF) avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyəti, fərdi uçot sahəsində görülən işlərlə tanış olub.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə fondun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Antonius Broeklə keçirilən görüşdə DSMF sədri Səlim Müslümov sığorta-pensiya sistemində gerçəkləşdirilən davamlı islahat tədbirləri nəticəsində Azərbaycanın özünəməxsus sığorta-pensiya modelinin formalaşdığını, bu modelin müasir sığorta-pensiya sistemlərinin mühüm elementlərini özündə birləşdirdiyini, sistemin inkişafının beynəlxalq standartlar üzrə həyata keçirilən aktual hesablamalara əsaslanaraq aparıldığını qeyd edib:
"Sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üzrə strateji hədəflərin müəyyənləşdirilməsi və sistem göstəricilərinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə Pensiya təminatı sisteminin islahatı konsepsiyası layihəsi hazırlanacaq. Hazırda layihə üzərində iş gedir, bir sıra istiqamətlərdə beynəlxalq təcrübələr öyrənilir və müvafiq təhlillər aparılır".
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL