RİTN-nin mətbuat xidmətinin nümayəndələri İnformasiya Texnologiyaları İnstitutunda oldular
AMEA İnformasiya Texnologiyaları İnstitutunda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin nümayəndələri ilə görüş keçirilib.
Öncə institutun AzScienceNet Elm Kompüter Şəbəkəsinin (EKŞ) fəaliyyəti ilə tanışlıqan sonra AzScienceNet EKŞ-nin İnternet xidmətləri ilə yanaşı, Eduroam, Cloud computing, Grid və kontent provaydinq kimi xidmətlər də göstərməsinin təşkili ilə bağlı aparılan işlərdən söhbət açıldı. Həmçinin Verilənlərin Emalı Mərkəzi (DATA Center), Tədris-İnnovasiya, Distant Tədris və Multimedia mərkəzləri, burada həyata keçirilən innovativ layihələr, müasir texnologiyalarla təchiz olunmuş auditoriyalarla tanışlıq oldu.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev institutda fəaliyyət göstərən alim və mütəxəssislərin elmi məqalələrinin “Tomson Reyters” tərəfindən müəyyənləşdirilmiş istinad indeksli beynəlxalq jurnallarda nəşr olunduğunu və institutun beynəlxalq elmi mühitə inteqrasiya etdiyini diqqətə çatdırdı. Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovun tövsiyələrini rəhbər tutaraq institutun fəaliyyətinin biliklər iqtisadiyyatının tələblərinə uyğun təşkil olunduğunu bildirdi. Elm, təhsil və innovasiyaların vəhdətinin uğurlu nəticələrin əldə olunmasında mühüm amillərdən olduğunu qeyd edən alim İKT-nin imkanlarından geniş istifadə etməklə elmi fəaliyyətin səmərəli təşkili və inkişaf etdirilməsi məqsədilə “E-elm” layihəsi çərçivəsində aparılan işlərdən söhbət açdı.
RİTN-nin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov institutda aparılan elmi tədqiqatları, müasir tələblərə cavab verən iş şəraitini, İKT-nin inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirdi, nazirliyin İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlığa hər zaman hazır olduğunu bildirdi.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL