waplog

“Azercell” ənənəvi biznes simulyasiya yarışmasına dəstək verdi


“Azercell Telekom” MMC təhsilin inkişafına yönəlik daha bir layihəyə dəstək verdi. Belə ki, şirkət ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) ilə birgə “Azərbaycan Biznes Simulyasiyası yarışması 2012” (ABCC 2012) layihəsinin həyata keçirilməsində iştirak edib.

Sözügedən layihə tələbələrə özlərini Azərbaycanın gələcək biznes liderləri kimi hazırlamaq üçün verilən bir imkandır. Oktyabrın 1-dən start verilən yarışmaya indiyə qədər 75-ə yaxın komanda müraciət etsə də, onlardan yalnız 23-ü treninqlərdə iştirak etmək imkanı əldə ediblər.

Tələbələr Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını təmsil ediblər. Bir ay ərzində AAA tərəfindən iştirakçılara treninqlər keçirilib.

Dekabrın 9-da isə Azərbaycan Diplomatik Akademiyasında layihənin finalı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Yarışmanın finalında münsiflər heyətində “Azercell” şirkətinin prezidenti cənab K.Qaburiç iştirak etmiş və iştirakçıları peşəkar təqdimatlar münasibətilə təbrik etmişdir.

Qaliblərə təqdim olunan pul mükafatlarından savayı, layihə iştirakçılarından bəzilərinə “Azercell” şirkəti adından da hədiyyələr verilmişdir.

Qeyd edək ki, “Azercell” daim təhsil və gənclər ilə əlaqədar layihələrə dəstək verir. Şirkətin təşəbbüsü ilə istedadlı tələbələr üçün “Barama” proqramı reallaşdırılır. Bundan əlavə, artıq neçə illərdir ki, “Azercell”in elan etdiyi Təqaüd Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan və yüksək nəticələr göstərən tələbələr “Azercell”dən əlavə təqaüd alırlar.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL