Çin patent ərizələrinin sayına görə ilk dəfə olaraq ABŞ-ı üstələyib
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının dərc etdiyi hesabata əsasən, Çin patent ərizələrinin sayına görə ABŞ-ı üstələyib. “ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Çinin Əqli Mülkiyyət üzrə Dövlət İdarəsinə (SIPO) 2011-ci ildə 526,4 min ərizə təqdim olunub.
ABŞ, Yaponiya, Cənubi Koreya və Avropa Birliyində bu göstərici müvafiq olaraq 503.6 min, 342.6 min, 178.9 min və 142.8 min təşkil edib. Beləliklə, “SIPO” dünyanın ən böyük patent bürosu olub. Patent ərizələrinin təqdim edildiyi sahələrə gəlincə isə 2011-ci ildə 127 min ərizə ilə kompüter texnologiyaları sahəsi lider mövqedə qərarlaşıb.
Bərpa olunan enerji mənbələri sahəsində yenilikçi həllərin qeydiyyata alınması göstəricisi 8 faiz artıb. Yaponiya günəş enerjisi sahəsi üzrə təqdim edilmiş patent ərizələrinin sayına görə, ABŞ və Almaniya isə geotermik enerji və külək enerjisinə görə liderdir.
"Patent üçün təqdim edilən ərizələrin davamlı şəkildə artması şirkətlərin qeyri-stabil vəziyyətə baxmayaraq, yenilikçi fəaliyyətlərini davam etdirdiyini göstərir" - Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Harri bildirib.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL