waplog

DSK: «İnformasiya və rabitə sahəsində orta aylıq nominal əməkhaqqı daha yüksək olub»


Bu ilin oktyabr ayında muzdla işləyənlərin 1,8 faizi informasiya və rabitə sahəsində məşğul olublar. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, cari ilin oktyabr ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1425,7 min nəfər olmuş və onlardan 854,1 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 571,6 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Komitə bildirir ki, 2012-ci ilin oktyabr ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 403,3 manat təşkil edib, yanvar-oktyabr aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 9,0 faiz artaraq 390,2 manat olub. Digər fəaliyyət növləri ilə müqayisədə elmi və texniki fəaliyyət sahəsində, informasiya və rabitədə orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL