waplog

2012-ci ilin ən bahalı domen adları hansılardır?


"Investing.com" və "GiftCard.com" domen adları 2012-ci ilin ən bahalı saytlarıdır. "ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, "Forexpros" informasiya-analitik resursu "Investing.com" domen adına görə 2,45 milyon dollarından keçib.

"GiftCard.com" saytını isə "CardLab" şirkəti 4 milyon dollara satın alıb. Beləliklə, "Investing.com" ən bahalı domen adları siyahısında otuzluğa, "GiftCard.com" isə iyirmiliyə düşə bilib. Ən bahalı domen adlarının reytinqində lider 2009-cu ildə 16 milyon dollara satılmış "Insure.com" saytıdır.

Ən bahalı domen adlarının siyahısı aşağıdakı kimidir:

1. Insure.com — $16,0 milyon, 2009-cu il

2. Sex.com — $14,0 milyon, 2010-cu il

3. Fund.com — £9,99 milyon, 2008-ci il

4. Porn.com — $9,5 milyon, 2007-ci il

5. Fb.com — $8,5 milyon, 2010-cu il

6. Business.com — $7,5 milyon, 1999-cu il

7. Diamond.com — $7,5 milyon, 2006-cı il

8. Beer.com — $7,0 milyon, 2004-cü il

9. Israel.com — $5,88 milyon, 2004-cü il

10. Casino.com — $5,5 milyon, 2003-cü il

11. Toys.com — $5,1 milyon, 2009-cu il

12. AsSeenOnTv.com — $5,1 milyon, 2000-ci il

13. iCloud.com — $4,5 milyon, 2011-ci il

14. GiftCard.com — $4,0 milyon, 2012-ci il

15. Altavista.com — $3,3 milyon, 1998-ci il

16. Candy.com — $3,0 milyon, 2009-cu il

17. Wine.com — $2,9 milyon, 1999-cu il

18. CreditCards.com — $2,75 milyon, 2004-cü il

19. Autos.com — $2,2 milyon, 1999-cu il

20. Casino.tt — $2,0 milyon, 2011-ci il


EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL