waplog

İnformatika fənnini tədris edən müəllimlərə yeni kurikulum üzrə təlimlər keçilib


Təhsil Nazirliyi və Dünya Bankı tərəfindən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində 2012-ci ilin iyun-noyabr ayları boyunca "Mədəd Azərbaycan" təşkilatı 2012/2013-cü tədris ilində 5-ci siniflərdə dərs deyəcək fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim xidmətlərini gerçəkləşdirib. Ümumilikdə təlimlərdən 8000-dən artıq müəllim yararlanıb.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə "Mədəd Azərbaycan" təşkilatından məlumat verilib. Təşkilatdan bildirilib ki, aparılan təlimlər 5 iqtisadi zonanı əhatə edib. Belə ki, Gəncə-Qazax iqtisadi rayonu üzrə Azərbaycan tarixi və informatika, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonları üzrə riyaziyyat və informatika, Aran və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə Azərbaycan tarixi, riyaziyyat və informatika, Lənkəran iqtisadi rayonu üzrə informatika, Abşeron və Dağlıq Şirvan iqtisadi rayonları üzrə riyaziyyat və həyat bilgisi ilə bağlı təlimlər keçirilib:

"Təlim iştirakçıları təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı lazımi bilik və bacarıqlara yiyələnib, yeni fənn kurikulumlarının tələblərinə uyğun dərs planları hazırlayıb və müasir pedaqoji yanaşmalardan məharətlə istifadə ediblər. İştirakçılar 10 günlük təlimlər zamanı davamiyyət səviyyələri, gündəlik fəaliyyətləri və yekun imtahanın nəticələrinə əsasən 1-ci və 2-ci dərəcəli, həmçinin iştirakçı sertifikatları ilə təltif olunublar. Təlimlər zamanı dövlətin təhsil siyasətinin prioritet məsələlərindən olan müəllim hazırlığının məzmun və texniki təşkil keyfiyyəti daim diqqət mərkəzində saxlanılıb. İqtisadi rayonlar üzrə təyin olunmuş koordinatorlar təlimlər haqqında mütəmadi olaraq məlumat verib. Müdavimlər təlimlərin aktuallığı, vacibliyi və əhəmiyyətini nəzərə alaraq təlimlərə böyük həvəs və məsuliyyətlə yanaşıb, həmçinin təlimlərin yüksək səviyyədə keçirilməsini dəfələrlə vurğulayıblar".

Qeyd edək ki, təlimlər 11 noyabr, 2012-ci il tarixində yekunlaşıb.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL