waplog

İT sahəsinin ən yaxşıları bəlli oldu


Amerikanın "Glassdoor.com" saytı texnologiya sahəsində çalışan direktorların növbəti bəyənilmə reytinqinin (Approval Rating) nəticələrini açıqlayıb. Qeyd edək ki, "Glassdoor.com" saytı karyera mövzusunda məlumat mübadiləsi həyata keçirən müxtəlif sahələr üzrə peşəkarların cəmiyyətidir. Bu reytinq hər il şirkətlərin öz əməkdaşları arasında keçirilən anonim sorğu yolu ilə tərtib edilir.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Microsoft"un direktoru Stiv Balmerin iş fəaliyyəti 100-dən 46 faiz kimi qiymətləndirilib. Bu göstərici ötən illə müqayisədə 17 bal çoxdur. Ekspertlər hesab edirlər ki, Balmer haqqında bu qədər sayda müsbət rəy cari ildə istifadəyə verilmiş məhsulların sayəsində mümkün olub.

Bununla belə Balmerin mövqeyi əvvəlki kimi digər texnologiya liderlərindən aşağıdır. Belə ki, "Google"-un direktoru Larri Peycin bəyənilmə reytinqi 94 faiz, "Facebook"un təsisçisi və baş direktoru Mark Zukerberqdə 99 faiz, "RIM" şirkətinin top meneceri Torsten Heynsdə isə 71 faiz təşkil edir.

Stiv Balmer, həmçinin "Netflix" və "Xerox" şirkətlərinin direktorları Rid Hastinqs və Ursula Bernsdən də geridədir. 2011-ci ilin yekununa əsasən, ABŞ-da ən yaxşı işə götürənlərin siyahısında "Facebook" sosial şəbəkəsi, "Google" internet korporasiyası və "Apple" elektronika istehsalçısı yer alıb.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL