waplog

Şahmatçılarımız Dünya İntellektual Oyunlarında mübarizə aparacaqlar


Dekabrın 14-də Çinin paytaxtı Pekində Dünya İntellektual Oyunları başlayacaq. Dekabrın 19-dək davam edəcək yarışda dünyanın 16 güclü şahmatçısı arasında Azərbaycan yığmasının lideri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov da yer alacaqlar.

Qrossmeysterlərimizin rəqibləri Sergey Karyakin, Aleksandr Morozeviç, Aleksandr Qrişuk (hər üçü Rusiya), Hikaru Nakamura, Qata Kamski (hər ikisi ABŞ), Vasili İvançuk (Ukrayna), Veselin Topalov (Bolqarıstan), Peter Leko (Macarıstan), Viorel Boloqan (Moldava), Van Hao, Dinq Liren (hər ikisi Çin), Aniş Qiri (Hollandiya), Levon Aronyan (Ermənistan) və Lauren Frissenet (Fransa) olacaqlar. Qeyd edək ki, zəka sahibləri şahmatın rapid, blits və gözübağlı növlərində qüvvələrini sınayacaqlar.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL