“Şagird-məzun elektron məlumat bazası”nın formalaşdırılması ilə bağlı seminar-məşğələ keçirilib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) "Şagird-məzun elektron məlumat bazası"nın formalaşdırılmasına həsr olunmuş seminar-məşğələ keçirilib.
TQDK-nın müvafiq şöbələrinin mütəxəssisləri tərəfindən aparılan seminarda Təhsil Nazirliyinin tabeliyində olan lisey və gimnaziyaların, peşə liseylərinin və internat tipli məktəblərin əlaqələndirici şəxsləri iştirak ediblər.
"ICTnews" elektron xəbər xidmətinə komissiyadan bildirilib ki, seminarda iştirakçılara yeni sistemin texniki xarakteristikası, strukturu, iş prinsipi, eləcə də orta ümumtəhsil müəssisələrinin buraxılış sinfində təhsil alan bütün şagirdlər barədə zəruri məlumatların sistemə daxil edilməsi ilə bağlı təlimat qaydaları izah edilib.
Qeyd edək ki, seminar-məşğələlər nəzərdə tutulmuş qrafik üzrə davam etdiriləcək.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL