Bukriderlərə tələbat azalır
"IHS iSuppli" şirkəti elektron kitabların oxunması üçün qurğular (bukrider) bazarı üzrə proqnozunu açıqlayıb. "ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, planşet qurğuların sürətlə populyarlaşması bukriderlərə tələbatın azalması ilə nəticələnib.
İlkin hesablamalara görə, cari ildə təxminən 14.9 milyon bukrider satılacaq. Qeyd edək ki, ötən il bu göstərici 14,9 milyona bərabər olmuşdu. "IHS iSuppli" analitik şirkətinin proqnozuna əsasən, ənənəvi rider tədarüklərinin həcmi gələcəkdə azalmağa doğru gedəcək.
Belə ki, 2013-cü ildə onların tədarük həcmi 27 faiz azalaraq 10,9 milyona bərabər olacaq. 2014-cü ildə bu seqmentin həcmi təxminən 8,7 milyon, 2015-ci ildə 7.8 milyon təşkil edəcək. 2016-cı ildə isə bu göstərici 7,1 milyona bərabər olacaq. Planşet qurğuların satış həcmi isə artır.
Hesablamalara görə, 2012-ci ildə müxtəlif proqram-aparat platformalarında işləyən 122,3 milyon mini-kompüter satılacaq. 2013-cü ildə bu göstərici 172,4 milyon təşkil edəcək. 2016-cı ilədək planşet bazarının həcmi 282,7 milyona bərabər ola bilər.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL