Günəş batareyaları ilə işləyən eksperimental təyyarə transatlantik uçuşa hazırlaşır
“Solar Impulse” layihəsinin koordinatorları Avropadan Afrikaya 6000 kilometrlik uğurlu uçuşundan sonra günəş batareyaları ilə işləyən eksperimental təyyarənin 2013-cü ilin yazında Atlantik okeanı üzərindən uçuşunu planlaşdırırlar. Bu tip uçuşlar üçün transatlantik uçuş misilsiz bir hadisə olacaq.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Solar Impulse” layihəsi üzrə tərəfdaşlar Bertran Pikkar və Andre Borşberqin sözlərinə görə, Atlantik okean üzərindən həyata keçirilməsi planlaşdırılan uçuş haqqında qərar artıq qəbul edilib, sadəcə, layihənin konkret detalları üzərində düşünmək lazımdır.
Xatırladaq ki, “Solar Impulse” təyyarəsinin qanadlarının kənar nöqtələri arasındakı məsafə 63,4 metr, çəkisi isə 1,6 ton təşkil edir. Onun qanadlarına quraşdırılmış təxminən 12 min fotoqalvanik element 10 at gücünə malik 4 ədəd elektrik mühərrikini günəş enerjisi ilə təchiz etməyə qadirdir. Konstruktorlar ümid edirlər ki, günəş batareyalarının çəkisinin tədricən azalması nəticəsində gələcəkdə təyyarənin bortuna iki pilot götürmək mümkün olacaq.
Bu halda isə 2015-ci ildə dünya ətrafında fasiləsiz səyahət həyata keçirmək olar. Layihənin təşəbbüskarı Bertran Pikkar bildirib ki, təyyarə saatda 150 kilometrədək uçuş sürəti toplaya bilər. O, öz layihəsi ilə bəşəriyyətə sübut etmək istəyərdi ki, yandırılan yanacaqdan Yer kürəsi üzrə səyahət zamanı belə imtina etmək olar.
Bundan başqa, Bertran bildirib ki, o, mühəndis və alimləri insanlar üçün ekoloji cəhətdən təmiz və əlverişli nəqliyyatın tamamilə yeni nəsillərini hazırlamağa ilhamlandırmaq istəyərdi. Xatırladaq ki, 1999-cu ildə Bertran Pikkar hava şarı vasitəsilə artıq dünya ətrafında uçuş həyata keçirib.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL