waplog

Yaponiyada smartfonla idarə olunan unitaz təqdim edilib


Yaponlar qəribə həll təqdim ediblər. Onların təqdim etdiyi yeni “Inax SATIS” texnoloji unitazı smartfonla idarə olunur. “ICTnews.az” elektron xəbər xidməti “gizmonews.ru” saytına istinadən bildirir ki, yaponlar uzun müddətdir ki, orqanizmin təbii ehtiyaclarının xaric edilməsinə orijinal yanaşması ilə tanınırlar: onların ideyaları bir qədər qəribə olsa da, lakin həmişə faydalıdır.

“SATIS” unitazının əsas üstünlüyü daxili “Bluetooth” modulu və rəqəmli blokdur. Onları smartfona quraşdırılmış “MySatis” tətbiqi ilə idarə etmək mümkündür.

Tətbiqin və avtomatlaşdırılmış blokun funksiyası kifayət qədər genişdir. İstifadəçi simsiz protokol vasitəsilə əmr verməklə 10 metrlik məsafədən unitazın oturacağını qaldıra və ya sala, suyu boşalda bilər . “Inax SATIS” elektron unitazı 2013-cü ilin fevralında 5000 dollara satışa çıxarılacaq. 

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL