Akkumulyator və günəş batareyasına malik enerjidoldurma qurğusu yaradılıb
"Kickstarter" kollektiv maliyyələşdirmə sistemi vasitəsilə "WakaWaka Power" yığcam enerjidoldurma qurğusunun istehsalı üçün vəsait toplanılmasına start verilib. "ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, məhsul mobil telefon, smartfon, planşet və sairə kimi müxtəlif cihazları enerji ilə doldurmaq üçün nəzərdə tutulub.
"WakaWaka Power" 2200 milliamper/saat tutumlu batareya və yüksək səmərəli günəş batareyası ilə təchiz edilib. Qurğu "USB" və "Mini USB" portları ilə təchiz edilib.
Daxili işıq diodları sayəsində yenilikdən yığcam işıq cihazı kimi istifadə etmək mümkündür. İstehsalçılar cihaz üçün qatlanan altlıq da nəzərdə tutublar. Qurğunun ölçüləri 120×77×16 millimetr, çəkisi təxminən 200 qram təşkil edir.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL