“Samsung” şirkəti “Galaxy Grand” smartfonunu təqdim edib
"Samsung" şirkəti "Galaxy Grand" smartfonunu təqdim edib. Cihaz 800×480 piksel təsvir ölçüsünə malik 5 düymlü ekranla, 1.2 QHs takt tezliyində işləyən ikinüvəli prosessor, 2 ədəd kamera (8 meqapikselli əsas və 2 meqapikselli ön) ilə təchiz edilib.
"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Samsung Galaxy Grand", həmçinin 1 QB əməli yaddaş və 8 QB daxili yaddaş, "microSD" slotu, "Bluetooth 4.0", "GPS/QLONASS" və "Wi-Fi" modulları, 2100 milliamper/saat tutumunda akkumulyator, akselerometr və jiroskopla təchiz olunub. Smartfonun ölçüləri 144×77×9,6 millimetr, çəkisi 162 qram təşkil edir.
Aparata "Android 4.1.2" mobil əməliyyat sistemi quraşdırılıb. "Samsung" şirkəti aparatın qiyməti və çıxarılma tarixi barədə məlumat verməyib.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL