waplog

Avropalıların əksəriyyəti smartfona üstünlük verir


"ComScore" analitiklərinin araşdırmasına əsasən, Avropanın mobil telefon istifadəçilərinin 55 faizi smartfon istifadə edir. Onlar öz araşdırmasında Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya kimi dövlətlərin smartfon bazarını əsas götürüblər.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, həmin ölkələrin sakinləri daha çox "Samsung" istehsalı olan aparatlara üstünlük verir. 2012-ci ilin oktyabrına olan məlumata əsasən, həmin ölkələrin smartfon bazarında Cənubi Koreya şirkətinin payı 30,4 faiz təşkil edib. Müqayisə üçün qeyd edək ki, 1 il əvvəl bu göstərici 16.2 faizə bərabər idi.

"Apple"-in mövqeyi, demək olar ki, dəyişməyib. "Nokia" şirkətinin bazar payı 1 il ərzində 30,2-dən 17,8 faizədək, "HTC"-in mövqeyi 10,7-dən 8,9 faizədək, "RIM"-də isə 9,4 faizdən 7,8 faizədək azalıb. Avropalılar arasında ən populyar mobil platforma "Android" elan edilib. Onun bazar payı 46.6 faiz təşkil edir. "iOS" platformasının bazar payı 20,5 faiz, "Symbian"da 17,2 faiz, "BlackBerry"-də 7,8 faiz, "Windows Phone"-da isə 4,7 faizə bərabərdir.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL