“Oracle” hesabat verib
Korporativ proqram təminatının ən böyük istehsalçısı “Oracle” korporasiyası ikinci maliyyə rübü üzrə hesabat verib. Göstəricilər analitiklərin proqnozundan yuxarı olub. Bu, həmçinin internet vasitəsilə işləyən proqram təminatı satışlarının uğurlu alınması sayəsində mümkün olub. Şirkət bu biznes vasitəsilə cari maliyyə ilində 1 milyard dollardan çox qazanmağı nəzərdə tutur.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, hesabat dövründə “Oracle” şirkətinin mənfəəti 1 səhm üçün 64 sent, mədaxili isə 9.11 milyard dollar təşkil edib. Şirkətin rüblük xalis mənfəəti 2.6 milyard dollar və ya 1 səhm üçün 53 sentə bərabər olub. İkinci maliyyə rübündə “Oracle”-ın yeni proqram təminatının satış həcmi 17 faiz artaraq 2,4 milyard dollar təşkil edib.
Müştərilərin quraşdırdığı proqram təminatının dəstəklənməsindən əldə olunan gəlir 7 faiz artaraq 4,3 milyard dollara bərabər olub. Şirkət “bulud” həlli üçün nəzərdə tutulmuş proqram məhsullarından 222 milyon dollar əldə edib. Bu göstərici ötən rüb 230 milyon dollar təşkil etmişdi. Rüblük hesabatın dərc edilməsindən sonra şirkətin səhmlərinin məzənnəsi 33,90 dollara bərabər olub. Şirkətin səhmlərinin qiyməti ilin əvvəlindən 28 faiz artıb.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL