waplog

“Cisco” “BroadHop” şirkətini satın alır


Şəbəkə avadanlığı istehsalçısı "Cisco Systems" şəbəkələri idarə etmək üçün proqram təminatı istehsal edən "BroadHop" şirkətini satın almaq niyyəti haqqında elan edib. Sazişin şərtləri açıqlanmayıb.

 "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Cisco" son ay ərzində artıq dördüncü satın almanı həyata keçirib. "Cisco" şirkətindən verilmiş məlumata əsasən, belə həllər müştərilərə şəbəkələri idarə etməkdə, qeyri-standart konfiqurasiyalı şəbəkələr yaratmaqda, həmçinin şəbəkə resursları əsasında göstərilən xidmətdən əldə olunan gəliri artırmaqda yardımçı olacaq.

"Cisco" yaxın 5 il ərzində IP trafikin həcminin artması haqqında məlumat verib. İrihəcmli verilənləri idarə etmək üçün operatorlar şəbəkələri daha səmərəli idarə etmək problemi ilə üzləşəcək və bu zaman "BroadHop" şirkətinin istehsal etdiyi məhsullarsız keçinmək mümkün olmayacaq.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL