SAM: «2012-ci ildə Azərbaycan informasiya cəmiyyəti qurmaq niyyətini bir daha təsdiqlədi»
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2012-ci ildə ölkəmiz üçün əhəmiyyət kəsb edən hadisələrin qısa icmalını yayıb. Mərkəzdən "ICTnews.az" elektron xəbər xidmətinə verilən məlumata görə, cari ildə Azərbaycan dövlətinin daxili və xarici siyasətinin uğurları respublikamızın regional və qlobal əhəmiyyətinin artması, ölkənin beynəlxalq imicinin yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin əvvəllər görünməmiş həddə çatdırılması, sosial rifah halının yüksəldilməsi və demokratik inkişafa töhfə oldu.
«Bu il Dünya İqtisadi Forumunun "Dünya Rəqabətlilik Hesabatı 2012 - 2013" nəşrinə əsasən Azərbaycan rəqabətlilik reytinqinə görə 144 dövlət arasında 46-cı yerdə qərarlaşdı. Dünya iqtisadiyyatında böhranın davam etməsinə rəğmən Azərbaycanın ən mötəbər iqtisadi reytinqdə 9 pillə irəliləyərək dünyanın 50 ən rəqabət qabiliyyətli iqtisadiyyatı sırasına daxil olması və MDB məkanında liderliyini möhkəmləndirməsi Prezident İlham Əliyevin apardığı iqtisadi siyasət kursunun uğurudur. Bölgənin ən rəqabətə davamlı iqtisadiyyatına malik Azərbaycan dövləti təkcə daxili deyil, həm də regional və qlobal səviyyədə iqtisadi problemlərin həllində öz töhfəsini verir».
Mərkəz bildirir ki, 2012-ci ildə Azərbaycan dövlətinin inkişafının uzunmüddətli strateji istiqamətlərini müəyyənləşdirmək üçün "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyası ictimai müzakirələrə çıxarıldı. Strateji yol xəritəsini təqdim etməklə, Azərbaycan uzunmüddətli perspektivdə geoiqtisadi əhəmiyyətini artırmaq, avroatlantika məkanına inteqrasiyasını gücləndirmək, demokratiya və bazar iqtisadiyyatı prinsiplərinə sadiq kursunu davam etdirmək, yüksək insan inkişafı hədəfinə çatmaq və informasiya cəmiyyəti qurmaq niyyətini bir daha təsdiqlədi.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL