waplog

“ULTRA” şirkəti yerli bankda “Elektron sənəd dövriyyəsi” sistemi qurub


"ULTRA" şirkətinin mütəxəssisləri "NikoilBank"da vahid komanda şəklində "DocLogix" E-sənəd dövriyyəsi sistemini 6 ay ərzində uğurla tətbiq etdi. Bu barədə şirkətdən "ICTnews.az"-a verilən məlumata görə, bu E-sənəd dövriyyəsi sistemi daxil olan və göndərilən sənədlərin, həmçinin, daxili yazışmaların avtomatlaşdırılması bankdaxili 100 istifadəçi üçün nəzərdə tutulub. Sənəd dövriyyəsi digər xarici informasiya sistemləri ilə rahat inteqrasiya edir ki, bu da əməkdaşların əməliyyat risklərinin səhvlərini əhəmiyyətli dərəcədə aşağı endirir, bununla məlumatların bir sistemdən digərinə mexaniki olaraq daxil edilməsinə ehtiyac qalmır.

Kağız sənədlərinin axını saxlanılması, arxivləşdirilməsi, uçotu, axtarışı və qeydiyyata alınması prosesi çox vaxt apardığından bu biznes prosesi işini effektivliyini azaldır. E-sənəd dövriyyəsi sistemi, bankın idarə olunması prosesində mühüm rol oynayır və onun imkanlarına sənədlərin yaradılması, razılaşdırılması, təsdiqlənməsi və rəhbərlik tərəfindən verilən tapşırıqlara nəzarət funksionallığı daxildir.

Tətbiq edilmiş sistemin üstünlükləri:

• Sənəd layihələri üzrə işləməyin rahatlığının təmin edilməsi və sistemləşdirilməsi;

• Veb-brauzer vasitəsilə bütün istifadəçilərin serverdə effektiv çalışma imkanı;

• Bütün sənədlərin serverdə olması ilə bağlı, heç bir sənədin itmə təhlükəsi olmaması;

• İstənilən yerdən şifrələnmiş bağlantı vasitəsilə sənədlərə daxilolma, imzalama və gözdənkeçirmə imkanı; •

Daxil olmuş sənədlərlə bağlı e-mail və ya digər operativ məlumatlandırma funksional imkanların olması. Gələcəkdə "NikoilBank"da sistemin genişləndirilməsi baxımından əlavə istifadəçi lisenziyalarının alınması və sistemin mobil versiyası "İOS" və "Android" əməliyyat sistemindən istifadəsi planlaşdırılır. "ULTRA" şirkəti tərəfindən bu sistemin digər Azərbaycan banklarında tətbiqi olduqca, bankların iş fəaliyyətinin effektivliyi artacaq və biznes proseslərin işini daha da asanlaşdıracaqdır.

Dünya praktikası göstərir ki, "Doclogix" E-sənəd dövriyyəsinin tək banklarda deyil, həmçinin, müxtəlif biznes sahələrində də tətbiq edilməsi məqsədəuyğundur."Doclogix" Avropada informasiya sistemlərinin idarə edilməsi sahəsində uğurlu elektron həll kimi tanınmışdır.

Baltikyanı ölkələrdə biznes proseslərin idarə edilməsi və sənəd dövriyyəsi sistemlərinin tətbiqi sahəsində liderdir. Sənəd dövriyyəsi sahəsində 16 illik təcrübədən faydalanaraq, 7 il bazarda iş fəaliyyətinə, 20-yə yaxın beynəlxalq tərəfdaş, 25.000-ə qədər istifadəçiyə, 170-dən artıq müəssisələrdə tətbiq və digər bu kimi təcrübəyə malikdir.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL