waplog

Plastik kart üzərindən ödənişləri mobil telefon vasitəsilə də etmək olacaq


"MasterCard" beynəlxalq ödəniş sistemi gələn il Azərbaycanda mobil telefonla ödənişlər etməyə imkan verən xidmətin tətbiqinə başlayacaq. Bu barədə "MasterCard"ın Azərbaycandakı regional meneceri Hakan Açar məlumat verib. Onun sözlərinə görə, sistem mobil ödənişlərin inkişafına böyük diqqət verir və bir çox göstəricilər üzrə dünyada bu bazarın lideridir.

Bu istiqamətdə "MasterCard" öz təcrübəsini Azərbaycana gətirmək istəyir. Həmçinin beynəlxalq ödəniş sistemi gələn ildən nağdsız ödənişlər üçün mobil telefonlardan istifadə etməyə başlayacaq. H.Açar bildirib ki, "MasterCard" bu məsələ ilə bağlı mobil operatorlarla və banklarla danışıqlar aparır. "MasterCard Mobile" xidməti internet və ya mobil telefon vasitəsilə rabitə, kommunal xidmətlərin ödənilməsi, pul köçürmələrinin həyata keçirilməsi imkanı verir.

Xidmətdən həftənin yeddi günü, 24 saat fasiləsiz istifadə etmək mümkün olacaq", - Açar bildirib. Bundan başqa "MasterCard" beynəlxalq ödəniş sistemi gələn il Azərbaycan bazarına kontaktsız ödənişlər innovasiya texnologiyalarına malik "PayPass" bank kartlarını çıxaracaq.

"Bu kart bir toxunma ilə ticarət-xidmət müəssisələrində malların, xidmətlərin ödənişini həyata keçirməyə imkan verir. Kassada və ya terminalda "PayPass" kartını kontaktsız oxuyan qurğuya yaxınlaşdırmaq kifayətdir və sizin aldığınız malın qiyməti ödənəcək. Bu texnologiyadan "MasterCard PayPas" loqotipi olan hər yerdə istifadə etmək olar", - Açar deyib.

"PayPass" texnologiyasından 48 ölkədə istifadə olunur və o, Azərbaycan bazarı üçün yenilik olacaq.

"Biz bu kartları 2013-cü ilin birinci yarısında tətbiq etmək istəyirik. Bu istiqamətdə banklarla sıx əməkdaşlıq edirik, bəziləri ilə artıq texniki detalları müzakirə etməyə başlamışıq. Bu kartlar operativ rejimdə xırda ödənişlər üçün nəzərdə tutulub. Onlar kinoda, "fast-fud"larda, super-marketlərdə, taksidə istifadə üçün rahatdır. Bir çox banklar bunda maraqlıdır", - Açar deyib.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL