waplog

Elektron notariat sisteminin yaradılması ilə bağlı işlər davam etdirilir


Dünya Bankı ilə birgə hazırda ölkəmizdə "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi icra edilir. Layihəyə əsasən, müasir məhkəmə infrastrukturunun yaradılması, qabaqcıl informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi, məhkəmə qərarlarının icrası işinin və hüquqi yardım sisteminin təkmilləşdirilməsi, Ədliyyə Akademiyasının və Vəkillər Kollegiyasının potensialının gücləndirilməsi, ədliyyə işçiləri və hakimlərin peşəkarlığının artırılması və digər tədbirlər həyata keçirilir.

Artıq layihə çərçivəsində Məhkəmə-Hüquq Şurası, Hakimlərin Seçki Komitəsi, Konstitusiya və Ali məhkəmələr, Ədliyyə Nazirliyinin qeydiyyat qurumları ən müasir İKT-lərlə təchiz olunub, "Qeyri-kommersiya hüquqi şəxslər" üçün avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi, Bakıda və bölgələrdə hüquqi məsləhət mərkəzləri yaradılıb, bütün məhkəmələri əhatə edən vahid veb-portal istifadəyə verilib. Elektron idarəetmənin təşviqi məqsədi ilə vahid informasiya şəbəkəsinin, habelə elektron notariat sisteminin yaradılmasına dair işlər intensiv davam etdirilir.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən Ədliyyə Nazirliyindən bildirilib ki, Dünya Bankı qarşılıqlı fəaliyyətin davam etdirilməsi üçün əlavə vəsaitin ayrılması qərarına gələrək Ədliyyə Nazirliyi ilə yeni saziş imzalayıb.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL