waplog

Dünyanın ən nazik ultrabuku təqdim edilib


"NEC LaVie X" ultrabukunun qalınlığı 12,8 millimetr (mm) təşkil edir, bu halda model 15,6 düymlü ekranla təchiz edilib. Yaponiyanın "NEC" şirkəti "LaVie X" ultrabuk modelini təqdim edib. Şirkətin iddiasına əsasən, təqdim edilmiş model dünyanın ən nazik ultrabukudur.

 "ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, "NEC LaVie X" ultrabukunun qalınlığı 12,8 millimetr təşkil edir. Kompüter 1,9 QHs takt tezliyində işləyən ikinüvəli "Intel Core i7-3517U" prosessoru, 4 QB əməli yaddaş və sərtgövdəli daşıyıcı, "Intel HD Graphics 4000" daxili qrafik kontrolleri ilə təchiz edilib. Noutbuk "Wi-Fi 802.11 a/b/g/n", "Bluetooth 4.0" modulları, "USB 3.0" və "HDMI" konnektorları, həmçinin "SDXC" yaddaş kartları üçün slotla təchiz edilib.

Ekranın təsvir ölçüsü 1920 x 1080 nöqtə təşkil edir. Noutbukun uzunluğu 374 mm, eni 255 mm, çəkisi isə 1,59 kiloqram təşkil edir. Avtonom iş vaxtı 7 saatdır. Qurğu artıq yapon internet mağazasında yerləşdirilib. 128 QB daşıyıcı ilə təchiz edilmiş modelin qiyməti 130 min yena, 256 QB ilə olan modelin qiyməti isə 175 min yena təşkil edir. "NEC LaVie X" ultrabukunun beynəlxalq bazara çıxarılması haqqında məlumat yoxdur.

 EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL