waplog

Çin pilotsuz təyyarələrin yaradılması üçün xərclərini sürətlə artırır


Analitiklər bildiriblər ki, Çin hərbi xərclərini sürətlə artıraraq pilotsuz uçuş aparatlarının yaradılması texnologiyasında və istifadəsində böyük uğurlar əldə edir. “ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Çinin cənubunda yerləşən Çjuxay sahilboyu şəhərində keçirilmiş son aviasiya şousu zamanı pilotsuz təyyarələrin yeni nəsli təqdim edilmişdi.

Ekspertlərin müşahidəsinə əsasən, təqdim edilmiş aparatlar əvvəlkilərlə müqayisədə daha böyük və yüksək texnologiyalı olub. Onların bir çoxu Amerika aparatlarının oxşarı təsirini bağışlayıb. Rəsmi Vaşinqtonun Çinin pilotsuz təyyarələri ilə əlaqədar narahatçılıq keçirməsini təsdiqləyən bəzi faktlar mövcuddur.

2012-ci ilin iyulunda ABŞ Müdafiə Nazirliyi üçün tövsiyələr hazırlayan xüsusi komitənin dərc etdiyi hesabatda qeyd edilib ki, Pekinin hərbi xərclərin və tədqiqat işlərinin həcmini artırması ABŞ-ın pilotsuz təyyarələrlə bağlı üstünlüyünü təhlükə altına qoya bilər. Çinin bu texnologiyalara böyük diqqət ayırması "həyəcan doğurucu" adlandırılıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL