waplog

2013-cü il LTE-smartfonlar ili olacaq


"Strategy Analytics" tədqiqat şirkətinin proqnozuna əsasən, 2013-cü il LTE-smartfonlar ili olacaq. Ekspertlərin hesablamasına görə, 2013-cü ildə "LTE" texnologiyasını dəstəkləyən smartfonların tədarük həcmi 3 dəfədən çox artacaq və cari illə (90,9 milyon) müqayisədə 275 milyon qurğu təşkil edəcək.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, 2013-cü ildə "LTE" dördüncü nəsil mobil rabitə texnologiyası ABŞ, Böyük Britaniya, Yaponiya, Çin və Cənubi Koreyada daha aktiv şəkildə tətbiq ediləcək. "Bir sıra operatorlar və mobil telefon istehsalçısı onlarla LTE-smartfon modeli istehsal edəcək.

LTE tezliklə sürətlə inkişaf edən irihəcmli bazara çevriləcək və heç bir operator, xidmət tədarükçüsü, detal və qurğu istehsalçısı ondan imtina edə bilməyəcək" – "Strategy Analytics" analitikləri hesab edir. LTE-smartfonlara tələbatın artmasından "Apple", "Samsung Electronics", "LG Electronics", "Nokia", "HTC", "Motorola", "Research In Motion", "Huawei" və "ZTE" və digər şirkətlər daha çox faydalanacaq. "LTE-smartfonlar bazarının həcmi çox sürətli templə artacaq.

Biz güman edirik ki, bu artım sayəsində yeni oyunçular cəlb etmək olacaq" – analitiklər bildirib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL