waplog

“Samsung” elastik ekran təqdim edəcək


"Samsung" şirkətinin ekran istehsalı üzrə bölməsi "Samsung Display" 5,5 düym diaqonala malik elastik rəngli displey təqdim edəcək. Təqdimat 2013-cü il yanvarın 8-dən 11-dək Las-Veqasda keçiriləcək "CES" sərgisi çərçivəsində baş tutacaq. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, ekranın təsvir ölçüsü 720x1280 piksel təşkil edəcək. Ekranı əymək mümkün olacaq.

Məlumat üçün bildirək ki, "Samsung" şirkəti daha əvvəl də elastik ekranlar təqdim edib. Belə ki, şirkət "CES 2011"-də 800x480 nöqtə təsvir ölçüsünə malik 4.5 düymlü "AMOLED" ekranlar təqdim etmişdi.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL