waplog

Gələn həftədən poçtla bağlı vətəndaşların təklif və iradları araşdırılacaq


"Azərpoçt" MMC 24 dekabr 2012-ci il tarixdə vətəndaşların təklif və iradlarının dinlənilməsi məqsədilə canlı telefon bağlantısı yaradacaq. 012-498-79-77 saylı telefona Azərbaycanın müxtəlif regionlarından vətəndaşlar zəng edərək irad və təkliflərini edə bilərlər.

Vətəndaşların suallarına “Azərpoçt” MMC-nin rəhbərlərindən ibarət nümayəndə heyəti səfərbər olacaq. Qeydiyyata alınan müraciətlər ümumiləşdirilərək təhlillər aparılacaq. Daxil olan şikayətlər əsasında araşdırmalar aparılacaq.

"Qaynar xətt" xidməti yaratmaqla vətəndaşlara bir addım da yaxınlaşan müəssisə belə tədbirləri səyyar qəbul şəklində regionlarda da davam etdirəcək.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL