waplog

DSMF qurumlarının 87 faizi avtomatlaşdırılmış iş yerləri ilə təmin edilib


Ötən müddət ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) qurumlarının 87 faizi avtomatlaşdırılmış iş yerləri ilə təmin edilib və bu gün fondun mərkəzi informasiya bazasında 1,272 milyon nəfər pensiyaçı və 2,1 milyon nəfərdən çox sığortaolunan barədə məlumatlar toplanıb.

“ICTnews” elektron xəbər xidmətinə fondun ictimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, bu barədə DSMF sədri Səlim Müslümov Dünya Bankının (DB) Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşenko və DB-nın eksperti Anjela Priqojina ilə görüşündə məlumat verib.

Fondun sədri həmçinin sığorta-pensiya sisteminin növbəti illərdə texniki, institusional təkmilləşmə və maliyyə dayanıqlığı baxımından inkişaf istiqamətləri barədə də məlumat verib.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL