waplog

Son 6 ayda çoxlu sayda mobil telefon və aksesuarların ölkəyə gizlin keçirilməsinə cəhd edilib


Gömrük orqanları mobil telefon qaçaqmalçılığı hallarına qarşı mübarizə tədbirlərini davam etdirir. “ICTnews” elektron xəbər xidmətinə Dövlət Gömrük Komitəsindən bildirilib ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda son zamanlar aşkarlanan faktlar bir daha onu göstərir ki, qaçaqmalçılar öz çirkin məqsədlərinə çatmaq üçün müxtəlif vasitələrdən istifadə edir, lakin bu kimi halların qarşısı gömrükçülər tərəfindən vaxtında alınır və ölkəmizin iqtisadi təhlükəsizliyi etibarlı təmin olunur: “Mobil telefon qaçaqmalçılığı ilə məşğul olan cinayətkar ünsürlərin də qarşısına “Sınıq Körpü” gömrük postunda etibarlı sədd çəkilir.

Gürcüstandan respublikamıza gələn Azərbaycan vətəndaşı Zaur Rzayevin etibarnamə ilə idarə etdiyi “BMW-525” markalı 10 NZ 856 dövlət nömrə nişanlı minik avtomobilinə gömrük nəzarəti zamanı həmin avtomobilin yük yerində, ehtiyat təkərin içərisindən, arxa oturacağın arasında olan boşluqdan və müxtəlif gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilmiş şəkildə - cəmi 171 ədəd “Nokia” və “Samsung” markalı mobil telefonlar və mobil telefonlara aid aksesuarlar: 171 ədəd qidalandırma cihazı, 171 ədəd karton qutu, 84 ədəd “qulaqcıq”, 25 ədəd USB kabel və 5 ədəd CD disk aşkar edilib”.

Digər bir Azərbaycan vətəndaşı, Gəncə şəhər sakini Mahmudov İsa İsmayıl oğlunun idarə etdiyi “QAZ 33021” markalı 23 BF 582 dövlət nömrə nişanlı yük avtomobilinə gömrük nəzarəti həyata keçirilərkən nəqliyyat vasitəsinin yük yerinin qabaq hissəsində xüsusi düzəldilmiş arakəsmənin içərisindən bütün aksesuarları ilə birgə cəmi 504 ədəd “Nokia”, “Samsung”, “Xpress Music” və “KenXinDa” markalı mobil telefonlar gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək saxlanılıb.

Komitədən qeyd edilib ki, təkcə son altı ayda Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda gömrük nəzarətindən gizlədilmiş şəkildə 3823 ədəd müxtəlif markalı mobil telefonlar, 6107 ədəd mobil telefonlar üçün aksesuarlar aşkar edilərək götürülüb.

Bundan başqa, bayram ərəfəsində bəzi işbazlar ölkəmizə gömrük nəzarətindən gizli pirotexniki məhsulları gətirməyə cəhd göstərməklə asan qazanc əldə etmək xülyasına düşürlər. Belə ki, bu günlərdə “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan Respublikasının vətəndaşı Nəsibov İntiqam Səməd oğlunun idarə etdiyi “Kamaz” markalı ZYZ-196 dövlət nömrə nişanlı yük avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin sol tərəfində yerləşən yanacaq çəninin içərisindən 1406 ədəd müxtəlif ölçüdə və çeşiddə olan fişənglər, 385 qutu partlayıcı funksiyalara malik müxtəlif pirotexniki vasitələr gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək saxlanılıb. Bütün faktlarla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL