waplog

Milli Kitabxanada vahid avtomatlaşdırılmış informasiya sisteminin təqdimatı keçirilib


Kitabxanaçıların II Ümumrespublika müşavirəsi çərçivəsində Milli Kitabxanada "Vahid avtomatlaşdırılmış kitabxana informasiya sistemi"nin təqdimatına həsr edilmiş tədbir keçirilib. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, sözügedən sistem Belçikanın "ACMİS Group" şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi olan "Ultra" şirkəti tərəfindən tətbiq edilib.

İlk olaraq sistemlə abunə üsulu əyani olaraq nümayiş etdirilib. Sistemin ilk abunəçilərindən biri isə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev olub. Tədbir iştirakçılarına sistemin tətbiqi ilə əlaqədar geniş və izahlı informasiya verilib.

Qeyd edilib ki, "Avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi" layihəsi oxuculara kitab verilişi prosesində mühüm yenilikdir. Elektron kataloq, elektron kitabxana xidmətləri çoxdan formalaşıb. İndi oxucuya xidmətin avtomatlaşdırılması prosesi tətbiq edilir. Oxucu şəxsiyyətini təsdiq edən sənədi təqdim edir və ona elektron bilet verilir.

Oxucu artıq kitabxanada tələbnamə yazmır. Elektron biletlə avtomatik qeydiyyatdan keçir, elektron kataloqda istədiyi kitabı seçir, sifariş verir, bir neçə dəqiqə ərzində kitab tapılır və oxucu kitabın olduğu zala dəvət edilir.

Müşavirə iştirakçıları sistemlə tanış olduqdan sonra qısa müzakirələr aparılıb. Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, layihənin tətbiqi nəticəsində bütün ölkənin vahid informasiya kitabxana sistemi yaradılacaq və bölgələrdə fəaliyyət göstərən bütün kitabxanalar bu sistemə qoşularaq oxuculara daha səmərəli xidmət göstərəcəklər.

Vahid mərkəzləşdirilmiş kitabxana portalında hər bir kitabxananın öz saytı yaradılacaq. Layihə yanvar ayından tətbiq olunacaq və gələcəkdə daha da genişləndiriləcək.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL