“Nokia” və “RIM” aralarındakı patent mübahisələrini həll ediblər
"Nokia" və "Research In Motion" (RIM) şirkətləri lisenziyalaşdırılmamış əqli mülkiyyətdən istifadə ilə bağlı məsələ üzrə razılığa gələrək saziş imzalayıb.
Xatırladaq ki, "Nokia" şirkəti 2012-ci ilin mayında "RIM", həmçinin "HTC" və "ViewSonic" şirkətlərini ittiham edərək onların ümumilikdə 45 patenti pozduğunu bəyan etmişdi.
"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, "Nokia"nın bəyanatına əsasən, cavabdehlər öz smartfon və planşetlərində simsiz rabitə, informasiyanın sinxronlaşdırılması, çoxməsələlik, naviqasiya, məlumatların şifrələnməsi, bildirişlərin əks olunması və s. aid texnologiyalardan qanunsuz şəkildə istifadə edir.
"Nokia" və "RIM" şirkətləri arasında imzalanmış sazişə əsasən, onlar ABŞ, Böyük Britaniya və Kanadada aparılan məhkəmə çəkişmələrini dayandırıblar. Sazişin maliyyə məsələləri barədə məlumat verilməyib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL