“Şagird-məzun” sisteminə “Elektron imza” ilə də daxil olmaq mümkündür
Respublika prezidentinin müvafiq fərmanına əsasən, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin həyata keçirilməsi ilə əlaqədar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2012-2013-cü tədris ili üçün "Şagird-məzun" bazasının formalaşdırılması işinə başlanılıb.
Ümumtəhsil məktəblərinin 9-cu və 11-ci sinif şagirdləri haqqında məlumatların "Şagird-məzun" sisteminə daxil edilməsi yalnız şəxsiyyət vəsiqələri vasitəsilə həyata keçirilir. "ICTnews" elektron xəbər xidmətinə bu barədə komissiyadan məlumat verilib. TQDK həmçinin rayon (şəhər) təhsil şöbələri rəhbərləri, məktəb direktorları və valideynlərin nəzərinə çatdırıb ki, şagirdlər təcili şəxsiyyət vəsiqəsini əldə etməlidirlər. Komissiya formalaşdırdığı "Şagird-məzun" sistemini rəsmi saytında yerləşdirib:
"Bu internet səhifəsi əsas və ya tam orta təhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlərin məlumat bazalarının dəqiqləşdirilməsi üçün planlaşdırılıb. Sistemdən istifadəçi kimi TQDK tərəfindən təyin olunan rayon (şəhər) təhsil şöbələri və təhsil müəssisələrinin məsul işçiləri (istifadəçilər) və buraxılış siniflərinin şagirdləri üçün nəzərdə tutulub. Buraxılış sinif şagirdlərinin bu səhifədən istifadəsi yalnız öz məlumatlarına baxmaq ilə məhdudlaşır. Şagirdlər sistemə daxil olmaq üçün iş nömrəsini,
TİMS kodunu və ya şəxsiyyəti təsdiq edən sənədin nömrəsini müvafiq sahəyə daxil edib "Daxil ol" düyməsini basmalıdırlar. Məlumatlarında səhv aşkar edən şagird oxuduğu təhsil müəssisəsinin məsul şəxsinə bu barədə məlumat verməlidir". Rayon (şəhər) təhsil şöbələri sistemə daxil olmaq üçün müvafiq sahələrə istifadəçi adını və parolunu daxil edib "Daxil ol" düyməsini basmalıdır.
Əgər istifadəçi "İnternet Explorer" brauzerindən istifadə edirsə, sistemə "Elektron imza" ilə də daxil ola bilər. Amma bunun üçün istifadəçi bundan əvvəlki daxilolmalarda öz "Elektron imza"sını sistemə tanıtmalıdır. Bilavasitə şagird bazasının yaradılması və emalı ilə məşğul olan təhsil müəssisələrinin (TM) sistemə birinci dəfə daxil olması üçün şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi) nömrə və PİN kodundan istifadə olunmalıdır.
Bu zaman sistemə daxil olarkən ona istifadəçi adı və parol verilir.
Bundan sonra o, sistemə yalnız və yalnız istifadəçi adı və parol ilə daxil ola bilər.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL