Müəllif Hüquqları Agentliyi bir neçə yeni elektron xidmətin yaradılmasına hazırlıq görür
Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 2011-ci il 23 may tarixli Fərmanından irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə Müəllif Hüquqları Agentliyinin "www.copag.gov.az" saytı təkmilləşdirilərək qoyulan tələblərə uyğunlaşdırılıb, elektron xidmətlər göstərilməsi üçün "Elektron xidmət" bölməsi və bu bölmədə istifadəçilər üçün məlumat bazaları olan idarəetmə paneli yaradılıb.
"ICTnews" elektron xəbər xidmətinə MHA-dan verilən məlumata görə, sözügedən bölmədə müəlliflik hüququ obyektlərinin qeydiyyatı qaydaları, təlimatlar, ərizə blanklarının elektron forması yerləşdirilib, şəxslərin elektron xidmətlər bölməsindən maneəsiz, sərbəst istifadəsi, eləcə də elektron müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılması təmin edilib, göstərilən elektron xidmətlərin inzibati reqlamentləri hazırlanıb və Hüquqi Aktların Dövlət Reyestrində müvafiq qaydada qeydiyyata alınıb.
Agentlik Elektron Hökumətin Dövlət İnformasiya Sisteminə (EHDİS) qoşulub. Bununla yanaşı, "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Qanunun qəbul edilməsi ilə əlaqədar hazırda rəqəmsal şəbəkələrdə lisenziyalaşdırma və rəqəmli hüquqların idarə edilməsi üzrə elektron xidmətlər sisteminin qurulması, pərakəndə satışda yayılan əsərlərə, fonoqramlara, audiovizual əsərlərə və tərkibində əqli mülkiyyət olan digər mallara rəqəmsal kodların verilməsi, həmin obyektlərin elektron qeydiyyatının aparılması, müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan mallara vurulmaq üçün nəzarət markalarının alınmasına sifarişin elektron üsulla verilməsi və s. elektron xidmətlərin yaradılmasına hazırlıq işləri davam etdirilir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL