waplog

Xəstələri uzaq məsafədən müayinə etmək mümkün olacaq (VİDEO)


Təqdim edilmiş yeni cihaz xəstələri uzaq məsafədən müayinə etməyə imkan verəcək. "ICTnews.az" elektron xəbər xidməti "www.gizmonews.ru" saytına istinadən bildirir ki, "Sotera Wireless" şirkətinin hazırladığı "ViSi Mobile" qurğusu sağlamlığa nəzarət edən rəngli ekranla təchiz edilmiş kiçik datçikdir və o, xəstənin əlinə bərkidilə bilər.

Qurğu qan təzyiqi, nəbz, nəfəs tezliyi və dəri temperaturuna nəzarət edir. Ekranda, həmçinin xəstənin adı qeyd olunub və cari sağlamlıq vəziyyətini əks etdirən dinamik qrafik təsvir olunub. "ViSi" qurğusu 24 saat xəstə haqqında informasiya toplayır, yəni vaxt məhdudiyyəti yoxdur.

Qurğu xəstənin əlinə bərkidildiyindən o, istənilən yerə getməkdə azaddır. Bundan başqa, qurğu su keçirməzdir. Həkimlər isə öz növbəsində xəstənin sağlamlıq vəziyyətinə fərdi kompüter, planşet və ya smartfon vasitəsilə uzaq məsafədən nəzarət edə biləcək.

Əgər xəstənin vəziyyəti qəfildən pisləşsə, həkim bu barədə dərhal xəbər tutacaq. "Sotera" şirkəti qurğusunu xəstəxanalara satmaq üçün artıq ABŞ-ın Səhiyyə Nazirliyindən icazə alıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL