Kəndlərdə telefon xətlərinin yüklənməsi problemi həll edilir
TAE-nin Azərbaycan seqmentinin genişlənməsi ilə telekommunikasiya qovşaqlarının mərkəzi ATS-nin TAE fiber-optik kabel magistralının Azərbaycan seqmentlərinə birbaşa bağlanması nəinki rayon mərkəzlərində, hətta kənd yerlərində də abunəçilərə yeni imkanlar verib.
"Aztelekom" İB-nin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev "ICTnews.az"-a bildirib ki, artıq regionlar üzrə kənd rabitə şəbəkəsinin optik kabellərlə birbaşa mərkəzi stansiyalara bağlanması işləri yekunlaşmaq üzrədir." TAE magistralının keçdiyi kəndlər isə birbaşa bu xəttə birləşdirilir ki, bu da əlavə üstünlükdür və layihənin daha tez başa çatmasına xidmət edir. Hazırda optik kabellərin kəndlərə çəkilməsi ilə yanaşı, kənd daxili xətt təsərrüfatı işləri də həyata keçirilir".
Qeyd edək ki, indiyə qədər əksər kəndlərdə birləşdirici xətlər analoq xətlər vasitəsi ilə həyata keçirildiyindən pik vaxtlarında sakinlər rayon mərkəzi ilə növbəli şəkildə danışmalı olurdular. Yəni həmin vaxt kanallar istifadədə olduğundan abunəçilər uzun müddət gözləməli olurdular. Bəzən isə bu gözləmələr saatlarla davam edirdi.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL