waplog

Tayvanlı mühəndislər əlillər üçün qurğu yaradıb


Tayvanın "NCKU" Universitetində əlillərə kömək üçün nəzərdə tutulmuş yeni qurğu hazırlanıb. "I-Transport" adlı model insanı qaldıra, onu bir yerdən digər yerə apara və şaquli vəziyyətdə saxlaya bilər.

Bundan başqa, "i-Transport" istifadəçinin boyuna uyğunlaşa bilir. Qurğu Tayvanın Təhsil Nazirliyinin təşkil etdiyi forumda təqdim edilib.

"ICTnews.az" elektron xəbər xidməti "zhelezyaka.com" saytına istinadən bildirir ki, "i-Transport" insan vəziyyətinə nəzarət etmək üçün daxili sistemlə təchiz edilib. Qurğu, həmçinin avtomatlaşdırılmış əl və idarəetmə pultu ilə təchiz edilib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL