waplog

Qaz smart-kartlarının ödəniş əməliyyatlarında yaranan problemlər aradan qaldırılır


Son vaxtlar smart kart tipli qaz sayğaclarının artması və qış fəsli ilə əlaqədar smart kart əməliyyatlarının kəskin artımı fonunda qeyd olunan kartlara ödənişləri edərkən bəzi texniki problemlər müşahidə olunmaqdadır.

"ICTnews" elektron xəbər xidməti xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Məlumatda bildirilir ki, bu problemin həlli üçün artıq "Azəriqaz" İstehsalat Birliyi və ödəniş xidmətlərini həyata keçirən Komtec şirkəti tərəfindən birgə bir sıra tədbirlər görülüb və müsbət nəticələr əldə edilib.

Bununla yanaşı, kartların işini dəstəkləyən serverlərin gücünün artırılması işləri də uğurla həyata keçirilir. Problem yaranan əməliyyatlar təxminən 2-5% arasında müşahidə edilib. Yaranmış problemin həlli istiqamətində əlavə tədbirlər görülür və qısa zaman ərzində bu problemlərin tam həllinə nail olunacaq. Problemlərə baxmayaraq sistemdən keçən uğurlu əməliyyat sayı da artmaqdadır.

Bu texniki problemlə qarşılaşan müştərilər Komtec şirkətinin nöqtələrində problemlərini qısa zaman ərzində həll edə bilirlər.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL