waplog

Elektron Xidmətlər Portalına sənaye və energetika sahəsinə dair yeni e-xidmətlər əlavə edilib


Sənaye və Energetika Nazirliyinin təqdim etdiyi daha 5 elektron xidmət “e-Gov” Elektron Xidmətlər Portalına inteqrasiya edilib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, yeni təqdim olunan elektron xidmətlər alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi razılığın, qiymətli daşların hasilatı, qızılın, neftin, neft məhsullarının emalı vasitələrinin dövriyyəsinə dair xüsusi icazənin, qaz məhsullarının satışına xüsusi razılığın (lisenziya) və ixrac nəzarətinə düşən və SEN-in səlahiyyətinə aid olan malların ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün xüsusi icazənin və ixrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciətlərin və sənədlərin qəbulunu əhatə edir.

Bu xidmətlər vasitəsilə sözügedən müraciətlərin və sənədlərin elektron qaydada göndərilməsi həyata keçiriləcək. Qeyd edək ki, bundan öncə SEN-in neft məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu xidməti portal vasitəsilə ictimaiyyətin ixtiyarına verilib.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL